AÇ-2024: Danimarka və Albaniya da istəyinə çatdı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 9-cu turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup (C, E və H qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.

C qrupunda İngiltərə – Malta və İtaliya – Şimali Makedoniya oyunları baş tutub. Hər iki oyunda meydan sahibləri favorit statusunu doğruldublar.

E qrupunda Moldova Albaniya yığmasını, Polşa isə Çexiya yığmasını qəbul edib. Hər iki oyun eyni hesabla başa çatıb – 1:1. Nəticədə Albaniya millisi qarşıdakı Avropa çempionatında iştirak hüququ qazanıb.

H qrupu çərçivəsində isə üç görüş baş tutub. Qazaxıstan yığması San Marino ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Finlandiya Şimali İrlandiya millisini, Danimarka isə Sloveniya yığmasını sınağa çəkib. Bu oyunlar da meydan sahiblərinin qələbəsiylə bitib. Nəticədə Danimarka da AÇ-yə vəsiqəni təmin edib.

Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan və Slovakiya yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
17 noyabr

İngiltərə – Malta 2:0
Qollar: Pepe, 8-öz qapısına. Keyn, 75.

İtaliya – Şimali Makedoniya 5:2
Qollar: Darmian, 17. Kyeza, 41; 45+3. Raspadori, 81. Əl Şaaravi, 90+4 – Atanasov, 52; 74.

Xal: İngiltərə – 19, Ukrayna – 13, İtaliya – 13, Şimali Makedoniya – 7, Malta – 0.

E qrupu

Moldova – Albaniya 1:1
Qollar: Baboqlo, 87 – Çikalleşi, 25.

Polşa – Çexiya 1:1
Qollar: Pyotrovski, 38 – Souçek, 49.

Xal: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1.

H qrupu

Qazaxıstan – San Marino 3:1
Qollar: Çesnokov, 19; 51. Aymbetov, 90+2-pen – Frankiosi, 60.

Finlandiya – Şimali İrlandiya 4:0
Qollar: Pohyanpalo, 42, Hakans, 48. Pukki, 74. Lod, 88.

Danimarka – Sloveniya 2:1
Qollar: Yoakim, 26, Delaney, 54 – Yanza, 30.

Xal: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: