AÇ-2024: İtaliya İspaniyanın müstəsna rekordunu təkrarladı

AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Albaniya yığması ilə oyunda (2:1) İtaliya yığması müstəsna nailiyyət əldə edib.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “skuadra adzurra”nın 4 futbolçusunun hər biri bu oyunda 100-dən artıq dəqiq ötürmə verib.

Dayaq yarımmüdafiəçisi, braziliyaəsilli Jorjinyo 120, sağ cinah müdafiəçisi Covanni Di Lorentso 114, mərkəz müdafiəçiləri – Alessandro Bastoni və Nikolo Barella müvafiq olaraq 110 və 105 ötürmə ilə fərqləniblər.

Beləliklə, statistiki məlumatların toplanılmasına başlanıldığı, İtaliyada keçirilmiş AÇ-1980-dən bəri ilk hal olaraq, İtaliya yığması Albaniya yığması ilə oyunda, AÇ-2020-də İspaniya yığmasının İsveç yığması ilə oyunda əldə etdiyi müstəsna nailiyyəti təkrarlayıb. Həmin oyunda İspaniya yığmasını 4 futbolçusunun hər biri 100-dən artıq dəqiq ötürmə ilə fərqlənmişdi.

Xatırladaq ki, iyunun 14-də Almaniyada başlamış AÇ-2024 iyulun 14-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: