AÇ-2024: İtaliya millisi ilk oyunda əzmkar qələbəyə sevindi

İtaliya və Albaniya yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

İkinci oyun gününün sonuncu görüşü B qrupu çərçivəsində İtaliya və Albaniya yığmaları arasında baş tutub. Qarşılaşmada hesabı albanlar açıblar. Elə ilk dəqiqədə gözlənilməz qola sevinən Albaniya yığması bunun davamını gətirə bilməyib. Lakin italyanlar buraxılan bu erkən qolun əvəzini elə ilk hissədə çıxıblar. Qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb və İtaliya yığması Avropa çempionatına əzmkar qələbə ilə start verib.

Xatırladaq ki, B qrupunun ilk görüşündə İspaniya yığması Xorvatiya millisi üzərində 3:0 hesablı qələbəyə sevinmişdi.

AÇ-2024
B qrupu
15 iyun

İtaliya – Albaniya 2:1
Qollar: Alessandro Bastoni, 11. Nikolo Barella, 16 – Nedim Bayrami, 1.
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: