Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-ci turuna bu gün start veriləcək.
Arena.az xəbər verir ki, 10-cu oyun günündə 2 qarşılaşma baş tutacaq.
Əvvəlcə A qrupunda mübarizəyə yekun vurulacaq. Qrup mərhələsinin sonuncu turu çərçivəsində Şotlandiya millisi Macarıstanla, İsveçrə yığması isə ev sahibi Almaniya ilə üz-üzə gələcək. Müvafiq olaraq Ştutqart və Frankfurt şəhərlərində baş tutacaq bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 23:00-da) start veriləcək.
Qeyd edək ki, Almaniya yığması son turun nəticəsindən asılı olmayaraq, artıq 1/8 finala vəsiqə qazanıb. Bu üzdən də İsveçrə ilə oyun almanlar üçün tamamilə formal xarakter daşıyır.
Şotlandiya – Macarıstan matçı isə pley-offa vəsiqə qazanmaq baxımından daha böyük önəm daşıyır.
Qeyd edək ki, qrup mərhələsində keçirdiyi ilk iki oyundan qalib ayrılmış Almaniya ilə yanaşı, İspaniya və Portuqaliya yığmaları da 1/8 finala vəsiqəni artıq təmin ediblər.
AÇ-2024
A qrupu
23 iyun
23:00. Şotlandiya – Macarıstan
Baş hakim: Fakundo Telyo (Argentina).
Ştutqart. “MHP Arena”.
23:00. İsveçrə – Almaniya
Baş hakim: Danele Orsato (İtaliya).
Frankfurt. “Valdstadion”.
Xallar: Almaniya – 6. İsveçrə – 4. Şotlandiya – 1. Macarıstan – 0.


