2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün sonuncu – 10-cu tura start verilir.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, F və G və J qrupları) üzrə 9 qarşılaşma baş tutacaq.
F qrupunda yer almış Azərbaycan millisi Belçikanın qonağı olacaq. Qrupun digər matçında İsveç və Estoniya yığmaları üz-üzə gələcəklər.
A qrupunda Şotlandiya yığması Norveçi, İspaniya millisi Gürcüstanı qəbul edəcək.
G qrupunda Macarıstan Monteneqronu, Serbiya Bolqarıstanı sınağa çəkəcək.
J qrupunda isə üç görüş baş tutacaq – Bosniya və Herseqovina – Slovakiya, Lixtenşteyn – Lüksemburq və Portuqaliya – İslandiya oyunları.
Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya və İsveçrə yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 10-cu tur
19 noyabr
A qrupu
23:45. Şotlandiya – Norveç
23:45. İspaniya – Gürcüstan
Xal: İspaniya – 18. Şotlandiya – 16. Norveç – 10. Gürcüstan – 8. Kipr – 0.
F qrupu
21:00. Belçika – Azərbaycan
21:00. İsveç – Estoniya
Xal: Avstriya – 19. Belçika – 17. İsveç – 7. Azərbaycan – 7. Estoniya – 1.
G qrupu
18:00. Macarıstan – Monteneqro
18:00. Serbiya – Bolqarıstan
Xal: Macarıstan – 15. Serbiya – 13. Monteneqro – 11. Litva – 6. Bolqarıstan – 3.
J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn – Lüksemburq
23:45. Portuqaliya – İslandiya
Xal: Portuqaliya – 27. Slovakiya – 19. Lüksemburq – 9. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.


