AÇ-2024: Serbiya da final mərhələsinə vəsiqə qazandı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün sonuncu – 10-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, F və G və J qrupları) üzrə 9 qarşılaşma baş tutub.

F qrupunda yer almış Azərbaycan millisi Belçikanın qonağı olub və seçmə mərhələyə biabırçı məğlubiyyətlə yekun vurub. Qrupun digər matçında İsveç və Estoniya yığmaları üz-üzə gəliblər. İsveçlilər inamlı qələbə sayəsində seçmə mərhələni qrup üçüncüsü kimi başa vurublar.

A qrupunda Şotlandiya yığması Norveçi, İspaniya millisi Gürcüstanı qəbul edib. Şotlandiyada məhsuldar heç-heçə qeydə alınıbsa, ispanar inamlı qələbə sayəsində qrup birincisi olublar.

G qrupunda Macarıstan Monteneqronu, Serbiya Bolqarıstanı sınağa çəkib. Monteneqro yığması macarlara uduzmaqla Avropa çempionatına vəsiqə qazana bilməyib. Əvəzində Serbiya millisi bolqarlarla heç-heçə sayəsində qrup ikinciliyini və AÇ-yə vəsiqəni təmin edib.

J qrupunda isə üç görüş baş tutub. Bosniya və Herseqovina yığması evdə Slovakiyaya, Lixtenşteyn isə Lüksemburqa məğlub olub. İtkisiz irəliləyən Portuqaliya yığması da İslandiya üzərində qələbə qazanmaqla seçmə mərhələni maksimum nəticə ilə başa vurub.

Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya və İsveçrə yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 10-cu tur
19 noyabr

A qrupu

Şotlandiya – Norveç 3:3
Qollar: Makqinn, 13. Esteqor, 33-öz qapısına. Armstronq, 59 – Donnum, 3. Larsen, 20. Elyunussi, 86.

İspaniya – Gürcüstan 3:1
Qollar: Norman, 4. F.Torres, 55. Loxoşvili, 72-öz qapısına – X.Kvaratsxeliya, 10.

Xal: İspaniya – 21. Şotlandiya – 17. Norveç – 11. Gürcüstan – 8. Kipr – 0.

F qrupu

Belçika – Azərbaycan 5:0
Qollar: Lukaku, 17; 26; 30; 37. Trossard, 90.

İsveç – Estoniya 2:0
Qollar: V.Klaesson, 22. E.Forsberq, 55.

Xal: Belçika – 20. Avstriya – 19. İsveç – 10. Azərbaycan – 7. Estoniya – 1.

G qrupu

Macarıstan – Monteneqro 3:1
Qollar: Soboslai, 66; 68. Naqi, 90+3 – Rubeyiç, 36.

Serbiya – Bolqarıstan 2:2
Qollar: M.Velikoviç, 17. S.Babiç, 82 – Q.Rusev, 59. K.Despodov, 69.

Xal: Macarıstan – 18. Serbiya – 14. Monteneqro – 11. Litva – 6. Bolqarıstan – 3.

J qrupu

Bosniya və Herseqovina – Slovakiya 1:2
Qollar: Hroşovski, 49-öz qapısına – Bojenik, 52. Şatka, 71.

Lixtenşteyn – Lüksemburq 0:1
Qol: G.Rodriqes, 69.

Portuqaliya – İslandiya 2:0
Qollar: B.Fernandes, 37, R.Horta, 66.

Xal: Portuqaliya – 30. Slovakiya – 22. Lüksemburq – 12. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: