Futbol üzrə Şotlandiya yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak üçün genişləndirilmiş heyəti açıqlanıb.
Arena.az bu barədə Şotlandiya yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.
Baş məşqçi Stiven Klark ilkin siyahıya 28 oyunçunun adını daxil edib. Bu futbolçulardan 26-nın adı Avropa çempionatının iştirak ərizəsinə salınacaq.
Qapıçılar: Anqus Qann (“Norviç Siti”, İngiltərə), Zander Klark, Kreyq Qordon (hər ikisi “Harts”), Liam Kelli (“Motervell”);
Müdafiəçilər: Endryu Robertson (“Liverpul”, İngiltərə), Kiran Tirni (“Real Sosyedad”, İspaniya), Cek Hendri (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Rayan Porteus (“Uoltford”, İngiltərə), Liam Kuper (“Lids”, İngiltərə), Skott Makkenna (“Kopenhagen”, Danimarka), Qrant Henli (“Norviç Siti”, İngiltərə), Qreq Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Con Suttar (“Reyncers”), Ross Makkrori (“Bristol Siti”, İngiltərə);
Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bormunt”, İngiltərə), Billi Gilmor (“Brayton”, İngiltərə), Con Makqinn (“Aston Villa”, İngiltərə), Kenni Maklin (“Norviç Siti”, İngiltərə), Skott Maktominey (“Mançester Yunayted”, İngiltərə), Stüart Armstornq (“Sauthempton”, İngiltərə), Rayan Cek (“Reyncers”);
Hücumçular: Lindon Dayks (“Kuinz Park Reyncers”, İngiltərə), Çe Adams (“Sauthempton”, İngiltərə), Lourens Şenklend (“Harts”, Şotlandiya), Ben Doak (“Liverpul”, İngiltərə), Ceyms Forrest (“Seltik”).
Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.
Şotlandiya yığması “A” qrupunda Almaniya, İsveçrə və Macarıstan yığmaları ilə mübarizə aparacaq.


