“Opta Sports” statistik internet-portalının superkompüteri AÇ-2024-ün yarımfinal mərhələsinin İspaniya – Fransa oyunun qaibini açıqlayıb.
Arena.az məlumat verir ki, süni beyin bu oyunda İspaniya yığmasının qəbəbə imkanını 38,2% olaraq qiymətləndirir.
“Dəmir parçası” “xoruzlar”ın bəxtini isə 31,8% olaraq görür. Superkompüter əsas vaxtda heç-heçəni 30% olaraq qiymətləndirir.
Vurğulayaq ki, “Opta Sports”un superkompüteri İspaniya yığmasının ümumiyyətlə cari Avropa çempionatının qalibi olacağını təxmin edir.
Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin İspaniya – Fransa oyunu bu gün, iyulun 9-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


