AÇ-2024: U-17 millimiz son oyunda ilk xalını qazandı, sonuncu oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, U-17 yığmamızın yer aldığı 4-cü qrupun oyunları Serbiyada keçirilib.

Füzuli Məmmədovun rəhbərlik etdiyi komandamız Serbiyadakı son sınağında Lüksemburq yığması ilə qarşılaşıb.

Xatırladaq ki, Azərbaycan millisi ilk sınağında meydan sahibi Serbiya yığması ilə qarşılaşmış və 1:5 hesabıyla uduzmuşdu. Sloveniya ilə ikinci oyun da komandamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı. 17 yaşlı futbolçularımız uğursuz gedişata Lüksemburqla oyunda son qoymağa çalışıblar. Hansı ki, bu komanda ilk turda Sloveniya ilə heç-heçə edib (1:1), 2-ci turda isə Serbiyaya 0:3 hesabıyla uduzmuşdu.

Millimiz bu rəqiblə oyundan heç-heçə ilə ayrılıb. Hesabı 15-ci dəqiqədə lüksemburqlular açsa da, 51-ci dəqiqədə Tuncay Əhmədov yğmamızın bərabərlik qolunu vurub.

Qrupun digər oyununda bu gün Serbiya və Sloveniya yığmaları üz-üzə gəliblər. Bu oyunda da 2:2 hesablı heç-heçə qeydə alınıb.

AÇ-2024-ün seçmə mərhələsi
4-cü qrup
27 oktyabr

Azərbaycan – Lüksemburq 1:1
Qollar: Tuncay Əhmədov, 51 – Kristof Andrade, 15.
Baş hakim: Coni Hyuytiya (Finlandiya).
Baş hakimin köməkçiləri: Yuuso Mantere (Finlandiya), Boşko Bozoviç (Serbiya).
Dördüncü hakim: Andriya Stoyanovic (Serbiya).
Belqrad. Saat 16:00.

Azərbaycan: 1. Həbib Hüşənov (k), 2. Tuncay Əhmədov, 3. Vüsal Paşayev, 7. Əkbər Məhərrəmov, 8. Emin Feyzullayev, 17. Ziya Şəkərxanov, 18. Ümid Səlimov, 19. Səmid Əhmədov, 20. Həsən Nəzərli, 21. Hikmət Cəbrayılzadə, 23. Rəşad Alışov.
Ehtiyat oyunçular: 22. Ayxan Əlizadə, 4. Nadir Orucov, 5. Əli Nəbizadə, 6. Elton Babazadə, 9. Amid Qasımov, 10. Babamirzə Mehdiyev, 11. Röyal Fərzullazadə, 13. Ömər Nəsibov, 14. Ömər Kərimov.
Baş məşqçi: Fizuli Məmmədov.

Lüksemburq: 1. Ermal Azemi, 5. Eliot Thelen, 6. Bruno Giesteyra (k), 7. İdney Melo, 8. Aleksandre Tavares, 9. Natan Boulot, 10. Gil Matteo Neves, 11. Fabio Monteyro, 13. Kristof Andrade, 15. Malik Pineyro, 16. Lauro Peguero.
Ehtiyat oyunçular: 12. Emil Adroviç, 2. Saşa Karvalyo, 3. Mylan Oger, 4. Kenan Kocan, 14. Rodriqo Fernandes, 17. Davud Nasufi, 18. Huqo Matias, 19. Samuel Almeyda, 20. Julian Yurtman.
Baş məşqçi: Rene Peters.

Xal: Serbiya – 7. Sloveniya – 5. Lüksemburq – 2. Azərbaycan – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: