AÇ-2024: U-17 millimiz son sınağına çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, U-17 yığmamızın yer aldığı 4-cü qrupun oyunları Serbiyada keçirilir.

Füzuli Məmmədovun rəhbərlik etdiyi komandamız Serbiyadakı son sınağında Lüksemburq yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk sınağında meydan sahibi Serbiya yığması ilə qarşılaşmış və 1:5 hesabıyla uduzmuşdu. Sloveniya ilə ikinci oyun da komandamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı. İndi 17 yaşlı futbolçularımız uğursuz gedişata Lüksemburqla oyunda son qoymağa çalışacaqlar. Hansı ki, bu komanda ilk turda Sloveniya ilə heç-heçə edib (1:1), 2-ci turda isə Serbiyaya 0:3 hesabıyla uduzub.

Qrupun digər oyununda bu gün Serbiya və Sloveniya yığmaları üz-üzə gələcəklər.

AÇ-2024-ün seçmə mərhələsi
4-cü qrup
27 oktyabr

Azərbaycan – Lüksemburq
Baş hakim: Joni Hyuytia (Finlandiya).
Baş hakimin köməkçiləri: Yuuso Mantere (Finlandiya), Boşko Bozoviç (Serbiya).
Dördüncü hakim: Andriya Stoyanovic (Serbiya).
Belqrad. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: