17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi üçün yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Serbiya, Sloveniya və Lüksemburqla birgə 4-cü qrupda yer alıb. Bu qrupun oyunları oktyabrın 18-dən 28-nə qədər Serbiyada təşkil olunacaq.
U-17 yığmamızın baş məşqçisi Füzuli Məmmədov seçmə mərhələ oyunları üçün milliyə 20 futbolçu dəvət edib. Komandamız Serbiyaya bu heyətlə yollanacaq:
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Əlizadə – Sabah
- Səmid Əhmədov – Qəbələ
- Əli Nəbizadə – Neftçi
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Rəşad Alışov – Sabah
- Tuncay Əhmədov – Sabah
- Əkbər Məhərrəmov – Sabah
- Ömər Kərimov – Qəbələ
- Ömər Nəsibov – Neftçi
- Babamirzə Mehdiyev – Sabah
- Elton Babazadə – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Emin Feyzullayev – Sabah
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Amid Qasımov – Qarabağ
- Ümid Səlimov – Sabah
- Röyal Fərzullazadə – Neftçi
Millimizin AÇ-2024-ün seçmə mərhələsindəki oyunlarının təqvimi və təyinatları isə belədir:
Serbiya – Azərbaycan
Baş hakim: Joni Hyytia (Finlandiya)
Baş hakimin köməkçiləri: Juuso Mantere (Finlandiya), Oleksandr Berkut (Ukrayna)
Dördüncü hakim: Oleksii Derevinskyi (Ukrayna)
21 oktyabr. Stara Pazova. Saat 19:00.
Sloveniya – Azərbaycan
Baş hakim: Jovan Kachevski (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Daniel Vasilevski (Şimali Makedoniya), Boşko Bozoviç (Serbiya)
Dördüncü hakim: Andrija Stojanovic (Serbiya)
24 oktyabr. Stara Pazova. Saat 14:00.
Azərbaycan – Lüksemburq
Baş hakim: Joni Hyytia (Finlandiya)
Baş hakimin köməkçiləri: Juuso Mantere (Finlandiya), Boşko Bozoviç (Serbiya)
Dördüncü hakim: Andrija Stojanovic (Serbiya)
27 oktyabr. Belqrad. Saat 16:00.
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


