Futbol üzrə Xorvatiya yığmasının bu il Almaniyada keçiriləcək Avropa çempionatında (AÇ-2024) iştirak edəcək yekun heyəti açıqlanıb.
Arena.az məlumat verir ki, bu barədə Xorvat Futbol İttifaqının (HNS) mətbuat xidməti məlumat yayıb.
Qapıçılar: Dominik Livakoviç (“Fənərbaxça”, Türkiyə), İvitsa İvuşiç (“Pafos”, Yunanıstan), Nedilko Labroviç (“Riyeka”, Xorvatiya);
Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç (“Union Berlin”, Almaniya), Yoşko Qvardiol (“Mançester Siti”, İngiltərə), Borna Sosa (“Ayaks”, Niderland), Yosip Stanişiç (“Bayer”, Almaniya), Yosip Şutalo (“Ayaks”, Niderland), Martin Erliç (“Sassuolo”, İtaliya), Marin Ponqraçiç (“Leççe”, İtaliya);
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, Madrid, İspaniya), Mateo Kovaçiç (“Mançester Siti”, İngiltərə), Marselo Brozoviç (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikolo Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Volfsburq”, Almaniya), Luka İvanuşets (“Feyenoord”, Niderland), Luka Suçiç (“Zalsburq”, Avstriya), Martin Baturina (“Dinamo”, Zaqreb, Xorvatiya);
Hücumçular: İvan Perişiç (“Hayduk”, Split, Xorvatiya), Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Bruno Petkoviç (“Dinamo”, Zaqreb, Xorvatiya), Marko Pyatsa (“Riyka”, Xorvatiya), Ante Budimir (“Osasuna”, İspaniya), Mario Paşaliç (“Riyka”, Xorvatiya).
Qeyd edək ki, iyunun 14-də başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.
Xorvatiya yığması “B” qrupunda İtaliya, İspaniya və Albaniya yığmaları ilə mübarizə aparacaq.


