19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz seçmə mərhələnin 2-ci raundu çərçivəsində B Liqasının 4-cü qrupunda bu gün Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Latviyanın Salaspils şəhərindəki “Slaspils BSS” stadionunda keçirilən oyun millimizin 0:4 hesblı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu aprelin 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. “Salaspils BSS” stadionunda baş tutacaq bu oyuna saat 14:00-da start veriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 4-cü qrup
3 aprel
Monteneqro – Azərbaycan 4:0
Monteneqro: 1. Yovana Zuqiç, 3. Yelena Radeviç, 5. Tanya Malesiya, 19. Anastasiya Rakoçeviç, 11. Tatyana Osmayiç, 2. Andela Qoluboviç (20. Nela Koliç, 72), 8. Mia Baturan (17. Boyana Tomaşeviç, 90+1), 15. Vlada Miloviç, 10. Katarina Kadenoviç (9. Mariya Kavaya, 73), 7. Ana Krivokapiç (6. Amra Mehoviç, 90+1), 14. Nada Dokniç (18. Tamara Miloviç, 20).
Ehtiyat oyunçular: 12. Mariya Vukoviç, 16. Tiyana Yankoviç.
Baş məşqçi: İvan Tatar.
Azərbaycan: 22. Mehriban Şahməmmədova, 4. Lalə Abbaszadə, 2. Mələk Hacıyeva, 3. Aydan Həsənova, 6. Aytac Mirzəyeva (14. Aydan Əkbərova, 59), 13. Fatimə Əhmədova, 17. İntizar Haqverdiyeva (16. Aysel Ziyadova, 51), 11. Müjgan Seyidova, 5. Fatimeyi-Zəhra Hüseynli 9. Şəkər Piriyeva (18. Aysu Murtuzayeva, 63), 10. Röya Əliyeva.
Ehtiyat oyunçular: 1. Nailə Əliyeva, 12. Güləsər İsmayılova, 8. Səma Həsənli, 19. Fidan Abışova.
Baş məşqçi: Həbib Ağayev.


