AÇ: Azərbaycan millisi Budvaya 16 boksçu ilə yollandı

Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçiriləcək 22 yaşadək boksçular arasında Avropa çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, qitə birinciliyinə noyabrın 12-də start veriləcək.

8 gün davam edəcək yarışda Azərbaycan millisi kişilərdən ibarət yığmanın məşqçiləri Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaq. Çempionatda bu boksçularımız mübarizə aparacaqlar:

Tural Sarıyev (48 kq)
Nicat Hüseynov (51 kq)
Ruslan Qədirov (54 kq)
Əzrək Bəbirov (57 kq)
Maqsud Xasmetov (60 kq)
Cəlal Qurbanov (63,5 kq)
İlqar Salahov (67 kq)
Rəşid Həsənov (71 kq)
Daniel Xolostenko (75 kq)
Murad Allahverdiyev (80 kq)
Seyid Seyidov (86 kq)
Mirxəyal Məmmədov (92 kq)
Aslan Mövsümova (+92 kq)

Qadınlardan ibarət komandanın məşqçisi İlkin Ağayev isə 3 boksçumuzu yoxlayacaq. Yarışda təmsilçilərimizdən rinqə bu boksçuları çıxacaqlar:

Mehparə Məmmədova (48 kq)
Marjona Savriyeva (50 kq)
Zeynəb Rəhimova (54 kq)

Budvada hakimlər sırasında Elxan Quliyev də yer alacaq.

Bu gün Budvaya yollanan yığmamız noyabrın 20-də Bakıya qayıdacaq.

Qeyd edək ki, çempionatın püşkü noyabrın 11-də atılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: