Adil Şükürov – “Sumqayıt” Futbol Akademiyasının yeni direktoru!

“Səbail” komandasının sabiq baş məşqçisi Adil Şükürov bundan sonra “Sumqayıt” Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərəcək.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, “Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat gerçəkləşib. Direktor vəzifəsi Adil Şükürova həvalə olunub.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.

Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsində almaniyalı mütəxəssis Hakan Sünalı əvəz edib. Hansı ki, onunla bu yay növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmamışdı.

2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma iyun ayının sonunda başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: