Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya Komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
İclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında, Birinci Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:
- UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:
“Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.
- UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:
“Neftçi” PFK, “Sumqayıt” FK.
- Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:
“Baku Sportinq” FK, “Difai” FK, “İmişli” FK, “Karvan” FK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK, “Şamaxı” FK.
- Birinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:
“Cəbrayıl” FK, “Dinamo” FK, “Hypers Quba” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəfa” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Zaqatala” FK.
- Birinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib:
“Araz Saatlı” FK, “Füzuli” FK.
- AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:
“Araz-Naxçıvan” PFK, “Baku Juniors” FK, “Dirçəliş” FK, “Qəbələ” İK.
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Yerdə qalan lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.
Qeyd 1: Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026-cı illər mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
- UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və Birinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
- Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Birinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
- UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
Qeyd 2: Yuxarıda adları sadalanmayan klublar lisenziya prosesinə qoşulmaqdan imtina ediblər.