Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra İkinci Liqanın 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəfa” – “Qusar” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib.
“Şəfa” – “Qusar” görüşünə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib.
“Şəmkir” – “Füzuli” oyununda “Füzuli”nin baş məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Füzuli” klubu isə buna görə 150 manat cərimə edilib.
“Lerik” – “Göygöl” oyununda “Lerik”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Lerik” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Lerik” klubu 80 manat cərimə edilib.
“Şəki Siti” – “Kürmük Qax” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Şəki Siti” – “Kürmük Qax” oyununda “Kürmük Qax”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.


