Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Birinci Divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə-2” – “Qəbələ-2” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 80 manat cərimə edilib.
“Zaqatala” – “Neftçi-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “Zaqatala”nın futbolçusu Valeh Qəhrəmanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb. Onun klubu isə buna görə 320 manat cərimə edilib.
“Kəpəz-2” – MOİK oyununda MOİK-in futbolçusu Rüstəm Rüstəmov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalanıb. Onun klubu isə 160 manat cərimə edilib.
“Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 80 manat cərimə edilib.
“İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli”nin 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 80 manat cərimə edilib.


