AFFA Divizion klublarını 80 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Araz Naxçıvan” oyununda meydançanın sulanmasının 19 dəqiqə gecikməsi səbəbindən “Zirə” klubu 80 manat cərimə olunub.

“İmişli” – “Səbail-2” oyununda “Səbail-2” komandasının nümayəndəsi oyun öncəsi keçirilən iclasda iştirak etmədiyi üçün sözügedən klub 80 manat cərimə olunub. “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub daha 80 manat cərimə olunub.

“Qarabağ-2” – “Neftçi-2” oyununun ikinci hissəsinin əlavə vaxtında “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün Ağdam klubu 80 manat cərimə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: