AFFA 2024-cü ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək futbol hakimlərinin – FIFA referilərinin adlarını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qurum FIFA tərəfindən təsdiqlənmiş referilərin yenilənmiş siyahısını təqdim edib. Növbəti ildə Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar. Bu siyahıda əvvəlki FİFA referisi Rauf Cabbarovun adının yer almaması diqqət çəkir.
Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva referi köməkçiləri qismində fəaliyyət göstərəcəklər.
Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də təyinat alacaqlar.
Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər.
2024-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin FIFA tərəfindən təsdiqlənmiş siyahısını diqqətinizə çatdırırıq:
FIFA referilərinin siyahısı – 2024
Referilər
- Ağayev Əliyar
- Məsiyev Elçin
- Umudlu Kamal
- Lütfəliyeva Fəridə
Referi köməkçiləri
- Zeynalov Zeynal
- Əmirəli Akif
- Abdullayev Elşad
- Talıbov Pərvin
- Hüseynov Namiq
- Məmmədov Vüsal
- Əkbərzadə Gülnurə
- Nurıyeva Sevda
VAR hakimləri
- Ağayev Əliyar
- Məsiyev Elçin
Futzal
- Qafarlı Hikmət
- Əmiraslanov Knyaz
- Cəbrayılov Əli
Çimərlik futbolu
- Məmmədov İnqilab
- Nağıyev Nail


