AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

İyunun 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

AFFA-nın inzibati binasında baş tutacaq toplantı saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
  2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
  3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
  4. Birinci və İkinci Liqada mövcud vəziyyətin müzakirəsi
  5. “Qəbələ” klubuna müvafiq yardımın ayrılması
  6. Digər məsələlər
Xəbəri sosial şəbəkələrdə paylaş: