Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra İkinci Liqanın 14-cü turunun oyunları ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
AFFA İntizam Komitəsinin 2023-cü ildə İkinci Liqa ilə bağlı çıxardığı son qərarları təqdim edirik:
“Göygöl” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Xərəkdaşıyan uşaqlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilib.
“Kürmük Qax” – “Şahdağ Qusar” oyununda “Kürmük Qax”ın 5 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” 70 manat cərimə edilib. Təhlükəsizliyin təmin edilməsi düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilib.
“Şəmkir” – “Qusar” oyununda xərəkdaşıyan uşaqlar olmadığına görə “Şəmkir” klubu 80 manat cərimə edilib. “Qusar”ın futbolçusu Viqar Əlibabayevin formasının şortunda fərqli nömrə (3) olduğuna görə klubu 100 manat cərimə edilib.
“Baku Sportinq” – “Ağdaş” oyununda “Ağdaş”ın futbolçusu Nicat Baxşiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.
“Lerik” – “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Lerik” 80 manat cərimə edilib.
“Şəki Siti” – “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəfa”nın futbolçusu Sahib Cümşüdov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Şəfa” klubu buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəfa”nın futbolçusu Asim Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Şəfa” klubu buna görə 50 manat cərimə edilib. “Şəki Siti” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən klub 100 manat cərimələnib.


