AFFA İkinci Liqada 2024-cü ilin ilk cəzalarını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 15-ci turunun oyunları ilə bağlı qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

“Ağdaş” – “Şəki Siti” oyununda “Ağdaş”ın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə Şəki klubu 70 manat cərimə edilib. “Şəki Siti”nin futbolçusu Yusif Dilanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Şəki klubu buna grə 150 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Qusar klubu 70 manat cərimə edilib. “Baku Sportinq”in futbolçusu Elməddin Hüseynzadə ikinci “sarı”dan sonra qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Baku Sportinq” klubu buna görə 50 manat cərimə edilib.

“Şəfa” – “Lerik” oyununda “Lerik”in 4 futbolçusu sarı vərəqə aldığına görə Lerikin eyniadlı klubu 70 manat cərimə edilib. Oyundan öncə təşkil olunmuş iclasda təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Qusar” – “Füzuli” oyununda “Füzuli”nin qapıçısı Kamil Nəzərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Füzuli” klubu buna görə 80 manat cərimə edilib. Bu oyunda “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: