AFFA “Kəpəz”lə “Turan Tovuz”u azarkeşlərinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sabah” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə Gəncə klubu 500 manat cərimə edilib.

“İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz klubu 1500 manat cərimə edilib.

“Neftçi” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər “Qaradağ Lökbatan” klubu tərəfindən ödəniləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: