Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda İkinci Liqanın 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qusar” – “Şəki Siti” oyununda “Qusar”ın futbolçusu Eşqin Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qusar” klubu buna görə 200 manat cərimə edilib. Matçın oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qusar” klubu 80 manat cərimə edilib. Matç təhlükəsizlik nümayəndəsi olmaması səbəbindən 6 dəqiqə gec başladığına görə “Qusar” klubu 100 manat cərimə edilib.
“Kürmük Qax” – “Füzuli” oyununda “Kürmük Qax”ın qapıçısı Səbuhi Əhmədov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Kürmük Qax” klubu buna görə 150 manat cərimə edilib.
“Şəfa” – “Ağdaş” oyununda “Şəfa”nın futbolçusu Loğman Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Şəfa” klubu bu üzdən 80 manat cərimə edilib. Oyunda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.
“Cəbrayıl” – “Şəmkir” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Göygöl” – “Şahdağ Qusar” oyununun 2-ci hissəsində xərəkdaşıyanlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilib.
“Kür-Araz” – “Lerik” oyununda “Lerik”in futbolçusu Əflatun Məmmədov ikinci “sarı”dan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Lerik” klubu buna görə 300 manat cərimə edilib.


