AFFA Məmmədzadə ilə Vəlizadəni 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turunun oyunları ilə bağlı qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

17-ci turun oyunlarındakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:

“Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti”nin futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Şəki komandası 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün Şəki komandası 100 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Göygöl”ün futbolçusu Sənan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Göygöl” komandası buna görə 50 manat cərimə edilib.

“Lerik” – “Ağdaş” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Lerik” komandası 80 manat cərimə edilib.

“Şəmkir” – “Şahdağ Qusar” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” 70 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilib.

“Araz Saatlı” – “Şəfa” oyununun 56-cı dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Ramiz Qasımov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz Saatlı” 150 manat cərimə edilib.

“Füzuli” – “Hypers Quba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” 50 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “Füzuli” 100 manat cərimə edilib.

“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz”ın 8 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 40-cı dəqiqəsində “Kür-Araz”ın futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Kür-Araz” komandası buna görə 300 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: