Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın futbolçusu Musa Musazadə 32-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Onun klubu buna görə 20 manat cərimə edilib. “Qarabağ”ın digər futbolçusu Şirxan Həsənzadə də 66-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Ağdam klubu buna görə də 20 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 80 manat cərimə edilib. Oyundan əvvəl baş tutan iclasa polis nümayəndəsi gecikdiyinə görə “Neftçi” klubu 40 manat cərimə edilib. Bu oyun zamanı texniki zonanın girişində akkreditasiyasız şəxslərin əraziyə daxil olmasına görə “Neftçi” klubu daha 80 manat cərimə edilib. Təcili Tibbi Yardım briqadası matçın 66-cı dəqiqəsində zədəli futbolçunu apardıqdan sonra digər Təcili Tibbi Yardım briqadası ilə əvəzlənmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilib.
“Səbail-2” – “İmişli” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Mingəçevir” – “Kəpəz-2” oyununda “Kəpəz”in futbolçusu Röyal Əhmədov 81-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb. Gəncə klubu buna görə 20 manat cərimə edilib. “Mingəçevir” azarkeşləri meydançaya kənar əşya atdığına görə klub 160 manat cərimə edilib.


