Aprelin 11-də “Baku Marriott Hotel Boulveard”da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat Konfransı keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
- Konfransın tərkibinin yoxlanılması
- AFFA prezidentinin çıxışı
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
- Maliyyə Hesabatları
- Müstəqil auditorun hesabatı
- AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
- Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı
- Digər məsələlər.


