Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 15-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Birinci Liqa, 15-ci tur
“Cəbrayıl” – “Baku Sportinq” oyununda “Cəbrayıl”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
MOİK – “Səbail” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
“Şəfa” – “Mingəçevir” oyununun 82-ci dəqiqəsində “Şəfa”nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəfa” komandası buna görə 150 manat cərimə ödəyəcək.
“Şəfa” – “Mingəçevir” oyununun 45-ci dəqiqəsində “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyunluq cəza alıb. “Mingəçevir” buna görə 3000 manat cərimə edilib. “Mingəçevir”in paltardəyişmə otağında stadiona dəymiş zərər sözügedən komanda tərəfindən qarşılanacaq.
“Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyunun 66-cı dəqiqəsində “Şahdağ Qusar”ın futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. Qusar komandası buna görə 900 manat cərimə ödəyəcək.


