AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev veteran futbolçu, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovla görüşüb.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün baş tutan görüşdə baş katib Qurbanovu 70 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib. Hacıyev ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Yubilyar göstərilən diqqətə görə AFFA rəbhərliyinə minnətdarlığını bildirib.



