Aftandil Hacıyev: “Böyük məbləğ olmasa da, mükafat olacaq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı qarşılaşma alındı. “Sabah”la səfər matçının ağır olacağını bilirdik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik. Komandaya yeni oyunçular cəlb etmişik. Heyətimiz hələ tam komplektləşməyib. Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: