Alessio Dionisi “Sassuolo”dan istefaya göndərdi

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Sassuolo” italyan baş məşqçisi Alessio Dionisi ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Rəhbərlik bu addımını komandanın uğursuzluq zolağına düşməsi ilə əsaslandırıb. “Sassuolo”nun A Seriyasının 26-cı turunda evdə “Empoli”yə 2:3 hesablı məğlubiyyəti rəhbərliyin səbr kasasını daşdırıb və bu, Alessio Dionisinin istefaya göndərilməsi ilə nəticələnib.

“Sassuolo”nu klubun gənclərdən ibarət komandasını çalışdırmış Emiliano Biqike müvəqqəti olaraq çalışdıracaq.

Alessio Dionisi “Sassuolo”nu 2021-ci ilin iyulunda qəbul edib. Bu müddət ərzində italyan mütəxəssis komandanın sükanı arxasında 107 oyun keçirib. “Sassuolo” Dionisi ilə 33 qələbə qazanıb, 25 heç-heçə edib, 49 oyunda isə məğlub olub. Topların fərqi isə 157:189 nisbətindədir.

Hazırda “Sassuolo” A Seriyasında keçirdiyi 25 oyundan sonra 20 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda mövsümün sonunda A Seriyasını tərk etmək təhlükəsi ilə üz-üzədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: