Alfonso Peres: “Qadın və kişi futbolunu müqayisə etmək olmaz”

“Real”ın və “Barselona”nın sabiq futbolçusu Alfonso Peres qadın futbolu və onun kişi futbolu ilə müqayisəsi haqda danışıb.

Arena.az “Mundo Deportivo”ya istinadən veteran futbolçunun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənim kifayət qədər ziddiyyətli fikrim var. Mən düşünürəm ki, qadınların arıtq uzun illər öz məkanları və hüquqları olması çox yaxşıdır. Amma düşünürəm ki, qadın futbolu ilə kişi futbolunu müqayisə etmək olmaz, çünki çox şey onların gətirdiyi gəlirdən və mətbuatın təsirindən asılıdır. Burada heç bir müqayisə yoxdur. Mən əminəm ki, qadın futbolçular da millinin futbolçuları kimi pul almaq istərdilər, amma ala bilmirlər. Kaş ki, Kristiano Ronaldonun maaşına sahib olaydım, amma o qədər də yaxşı deyiləm. Bu, veriləndir. Hər kəs öz yerini bilməlidir. Onlar şikayət edə bilməzlər. Qadın futbolu inkişaf edir, amma onlar ayaqları üstə möhkəm dayanmalı və başa düşməlidirlər ki, heç bir halda özlərini kişi futbolçu ilə müqayisə etmək olmaz”, deyə Alfonso Peres vurğulayıb.

Mütəxəssislər Peresin müvafiq çıxışının tezliklə feminist nöqteyi-nəzər mövqeyi tutmuş qadın fəallar tərəfindən tənqid olunacağını, hətta mütəxəssisin ictimai surətdə daşqalaq ediləcəyini təxmin ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: