Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin püşkatma mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, püşk nəticəsində yarımfinala vəsiqə uğrunda qarşılaşacaq komandalar müəyyənləşib.
Belə ki, mübarizəni davam etdirən Dortmund “Borussiya”sı “Leypsiq”lə, “Bayern” isə “Frayburq”la düşüb. “Nürnberq”in yarımfinala vəsiqə uğrundakı rəqibi “Ştutqart” olacaqsa, “Ayntraxt” “Union Berlin”lə üz-üzə gələcək.
Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları aprelin 4-5-də keçiriləcək.
Almaniya kuboku
1/4 final
4-5 aprel
Leypsiq – Borussiya (Dortmund)
Nürnberq – Ştutqart
Ayntraxt – Union Berlin
Bayern – Frayburq


