Almaniya Kubokunda “Bayer”i finala buraxmadılar

Bu gün futbol üzrə Almaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Bilefeld “Arminiya”sı doğma meydanda son Almaniya çempionu “Bayer”i qəbul edib. Bu mərhələyə yüksəlmək onsuz da böyük sensasiyaya imza atmış “Arminiya” Leverkuzen təmsilçisi üzərində də əzmkar qələbə qazanmaqla daha bir sürprizi gerçəkləşdirib və finala yüksəlib.

“Arminiya”nın finaldakı rəqibinin adına sabah keçiriləcək “Ştutqart” – “Leypsiq” matçında aydınlıq gələcək.

Xatırladaq ki, Almaniya Kubokunda cari mövsümün final qarşılaşması mayın 24-də keçiriləcək.

Almaniya Kuboku
Yarımfinal

1 aprel

Arminiya – Bayer 2:1
Qollar: Vorl, 20. Qrosser, 45+3 – C.Ta, 17.

2 aprel

22:45. Ştutqart – Leypsiq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: