Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Nürnberq”lə Düsseldorf “Fortuna”sı qarşılaşıblar. Penaltilər seriyasına qədər uzanan matçın yekununda sevinən tərəf “Nürnberq” olub. “Bohum”la Dortmund “Borussiya”sının matçında isə qonaqlar seviniblər.
Beləliklə, Almaniya kubokunda 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Daha öncə “Ştutqart”, “Union Berlin”, “Leypsiq”, “Bayern”, “Ayntraxt” və “Frayburq” da növbəti mərhələyə vəsiqə qazanmışdılar.
Almaniya kuboku
1/8 final
31 yanvar
Paderborn – Ştutqart 1:2
Union Berlin – Volfsburq 2:1
1 fevral
Leypsiq – Hoffenhaym 3:1
Maynts – Bayern 0:4
7 fevral
Sandhauzen – Frayburq 0:2
Ayntraxt – Darmştadt 4:2
8 fevral
Nürnberq – Fortuna (Düsseldorf) 1:1 (penaltilər 5:3)
Bohum – Borussiya (Dortmund) 1:2


