Noyabrın 21-də yoldaşlıq oyununda Avstriya yığmasına uduzaraq (0:2), Almaniya millisi 2023-cü ildə 6-cı məğlubiyyətini alıb.
Arena.az məlumat verir ki, bu məğlubiyyətlə bundestim 2018-ci təqvim ilindəki antirekordunu təkrarlamış olub.
2018-ci ildə Almaniya yığması 13 oyun keçirmişdi. Cari 2023-cü ildə isə bundestim 11 oyun keçirib.
Vurğulayaq ki, Yulian Nagelsmanın komandası AÇ-2024-ün seçmə mərhələsində iştirak etməyib, almanlar turnirin ev sahibi kimi təsnifat oyunlarından azaddırlar.
Xatırladaq ki, Almaniya millisi dünyanın ən titullu ikinci milli yığma komandasıdır. Bundestimin hesabında 4 Dünya Kuboku (1954, 1974, 1990, 2014), 3 Avropa çempionluğu (1972, 1980, 1996), Konfederasiyalar Kuboku (2017), Olimpiya çempionluğu (1972) var.


