La Liqa təmsilçisi “Almeriya” serb mərkəz müdafiəçisi Aleksandar Radovanoviçi Belçika “Kortreyk”indən azad agent qismində heyətinə qatıb.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Almeriya” serb müdafiəçi ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Aleksandar Radovanoviç Serbiyanın “Maçva” klubunun yetirməsidir. Müdafiəçi karyerası ərzində “OFK Belqrad”, “Spartak” (Subotitsa), “Voyvodina”, “Lans”, “Kortreyk” və “Ostin” (Texas, ABŞ) klublarında çıxış edib.
Cari mövsümün ilk yarısında Radovanoviç “Kortreyk”in heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 11 oyun keçirib.
Aleksandar Radovanoviç böyük futbolda qənimət qazanmayıb, həmçinin milli komandaya dəvət almayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı serb mərkəz müdafiəçisinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


