Alvaro Odriosola “Real”ı “Fiorentina”ya dəyişdi

“Real”ın müdafiəçisi Alvaro Odriosola karyerasını İtaliyada davam etdirəcək. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “Fiorentina” klubuna keçib.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Odriosola 2021/22 mövsümünün sonuna qədər icarə əsasında “Fiorentina”da çıxış edəcək.

İspan müdafiəçi yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Alvaro Odriosola “Real Sosyedad”ın yetirməsidir. O, 2018-ci ildən “Real”da çıxış edir. Madrid təmsilçisi 2020-ci ildə sağ cinah müdafiəçisini “Bayern”ə də icarəyə vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: