Amil Yunanovun komandası “Skenderbeu”ya evdə uduzdu

Azərbaycan millisinin hücumçusu Amil Yunanovun formasını geyindiyi “Bilis” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Albaniya çempionatının 9-cu turu çərçivəsində “Skenderbeu” ilə qarşılaşıb.

“Bilis” doğma meydanda baş tutan bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Amil Yunanov bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Amilin komandası bu mövsüm keçirdiyi 9 oyunda 5 xal toplayıb və 10 iştirakçı arasında sonuncu sırada qərarlaşıb. “Skenderbeu” isə 10 xalla 8-cidir.

Xatırladaq ki, 31 yaşlı forvard “Bilis”ə bu ilin sentyabr ayında azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Azərbaycanlı futbolçu bu komandanın heyətində hələlik 1 oyun keçirib.

Amil Yunanov ötən mövsümü “Kəpəz”də keçirib. O, bu ilin yanvar ayında “Səbail”dən icarə əsasında Gəncə klubuna keçmişdi. 31 yaşlı forvard “Kəpəz”in heyətində 15 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Amil karyerası ərzində “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: