“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 15-ci turunda “Xetafe” üzərində ev qələbəsini (2:0) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən yaxşı, diqqətli, köklənmiş komanda və layiqli qələbə gördüm. Kilian Mbappe fəal, təhlükəli idi və bizə, oyunun qalan hissəsinə nəzarət etmək üçün vacib olan möhtəşəm bir qol vurdu. Onun oyunu – bizim ondan istədiyimiz xüsusdur. Azarkeşlər komandanın vəziyyətini hamıdan yaxşı başa düşürlər. “Enfild”dən (Çempionlar Liqasında “Liverpul”a 0:2 hesablı səfər məğlubiyyəti – redaktorun qeydi) sonra onlar Mbappeni dəstəklədilər, çünki bu, ədalətli idi.
Aldığımız bütün zədələrə görə çox olan çətinliklərimizə rəğmən, biz mübarizə aparırıq, vuruşuruq. Oyuna diqqətcillik, ruh və köklənmə ilə qayıtdıq və bu, məni sakitləşdirir, özünəinam bəxş edir. Yavaş-yavaş bu fəsadları da həll edəcəyik, amma hələlik mübarizə aparırıq”, deyə Ançelotti vurğulayıb.
14 oyundan 33 xal toplayıb La Liqanın yarış cədəvlində 2-ci pillədə qərarlaşmış “Real”, 15 oyundan 34 xalla zirvədə yer almış “Barselona”ya müqabil olaraq, şərti lider qismindədir. “Xetafe” isə 13 xalla 17-ci pillədə qərarlaşıb.


