Futbol üzrə Kamerun yığmasının və “İnter”in qapıçısı Andre Onana “Mançester Yunayted”ə keçidi haqda təəssüratlarını paylaşıb.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən Onananın bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Mançester Yunayted”ə qoşulmaq inanılmaz şərəfdir. Mən bütün ömrümü bu ana çatmaq üçün çox çalışmışam və bu yolda çoxsaylı maneələri dəf etmişəm.
Qapımızı qorumaq və öz töfhəmi vermək üçün “Old Trafford” meydanına çıxmağım daha bir heyrətamiz təcrübə olacaq. Mənim üçün bu, uğrunda mübarizə aparmaq gərək olan, yeni komanda yoldaşları ilə və yeni iddialı hədəflərlə bir səyahətin başlanğıcıdır.
“Mançester Yunayted”in inanılmaz qapıçılarının uzun tarixi var və indi mən yaxın illərdə öz şəxsi irsimi yaratmaq üçün hər şeyimi verəcəyəm. Yenidən Erik ten Haqla çalışmaq imkanından ruhlanmışam. Onun bu böyük futbol klubunda əldə etmək əzmində olduğu uğura töhfə vermək intizarındayam”, deyə Onana bildirib.
Xatırladaq ki, “qırmızı şeytanlar” Andre Onananı 5+1 sxemi üzrə 52,5 milyon avro müqabilində “İnter”dən transfer ediblər.


