Araz Abdullayev kubok matçını da buraxdı, “Lapi” 1/8 finala çıxdı

Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Feniks Banye” ilə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 4:1. “Lapi” darmadağın sayəsində 1/8 finala vəsiqə qazanıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu ilin yayında 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: