Asiya Kuboku: Qətər və İordaniya yığmaları da 1/4 finalda!

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Günün ilk oyunu İraq və İordaniya yığmaları arasında baş tutub. Gərgin və dramatik məcrada keçən bu qarşılaşmanın yekununda qələbəni İordaniya yığması bayram edib.

Son olaraq Asiya Kubokuna ev sahibliyi edən Qətər yığması Fələstinlə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyunda da qətərlilər sevinən tərəf olublar.

Daha öncə Avstraliya və Tacikistan yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
1/8 final
28 yanvar

Avstraliya – İndoneziya 4:0
Qollar: Baqqott, 12-öz qapısına. Boyle, 45. Qudvin, 89. Souttar, 90+1.

Tacikistan – BƏƏ 1:1 (penaltilər – 5:3)
Qollar: Xanonov, 30 – Əl-Hammadi, 90+5.

29 yanvar

İraq – İordaniya 2:3
Qollar: S.Natiq, 68. A.Hüsseyn, 76 – Əl-Naimat, 45+1. Əl-Ərəb, 90+5. Əl-Rəşdan, 90+7.

Qətər – Fələstin 2:1
Qollar: Əl-Haydos, 45+6. Afif, 49-pen – Dabbaq, 37.

30 yanvar

15:30. Özbəkistan – Tailand
20:00. Səudiyyə Ərəbistanı – Cənubi Koreya

31 yanvar

15:30. Bəhreyn – Yaponiya
20:00. İran – Suriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: