Asiya Kuboku: Səudiyyə Ərəbistanı da pley-offa çıxdı

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 2-ci turu çərçivəsində son 2 qarşılaşma baş tutub.

F qrupunda yer almış Oman və Tailand yığmalarının görüşündə qapılara qol vurulmayıb. Qırğızıstanla qarşılaşan Səudiyyə Ərəbistanı isə 2 cavabsız qol sayəsində ardıcıl ikinci qələbəsini qazanıb və pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
Qrup mərhələsi, 2-ci tur
21 yanvar

F qrupu

Oman – Tailand 0:0

Qırğızıstan – Səudiyyə Ərəbistanı 0:2
Qollar: Kanno, 35. Əl-Qamdi, 84.

Xallar: Səudiyyə Ərəbistan – 6. Tailand – 4. Oman – 1. Qırğızıstan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: