Ataa Caber Fələstin yığması ilə “Merdeka” turnirində

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu millinin iştirakı ilə oktyabrın 9-dan 18-nə qədər Malayziyada keçiriləcək “Merdeka” turnirinə qatılıb.

Xatırladaq ki, Ataa Caber bu ilin iyun ayında debüt etdiyi Fələstin milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

O, 2022-ci ilin iyul ayından formasını geyindiyi “Neftçi”də də 49 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: