Avropa çempionatı: Dörd şahmatçımız dünya kubokuna vəsiqə qazandı

Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatı başa çatıb. Arena.az xəbər verir ki, qitə birinciliyində şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib.

11 turda 8 xal toplayan şahmatçımız yekun sıralamada 3-8-ci yerləri bölüşüb.

Digər təmsilçilərimizdən hərəyə 7.5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8.5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanıb. Onların arasında Azərbaycan təmsilçiləri də var. Belə ki, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Sloveniyada şəxsi Avropa çempionatı daha üç şahmatçımız üçün əlamətdar olub. Belə ki, onlar fərdi normativləri yerinə yetiriblər. Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb.

Digər təmsilçimiz Gövhər Beydullayeva isə xanımlar arasında ən yaxşı nəticəni göstərib. Bununla da o, qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: