Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 29 oyun baş tutub.
Azərbaycan təmsilçilərinin 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri də bu gün ilk matçlarını keçiriblər. Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFS komandaları Skopyedə üz-üzə gəliblər. Bu oyunda qonaqlar tək qolla vacib qələbəyə seviniblər. “Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətiriblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistanda “Ararat”ın qonağı olub. 28 yaşlı yarımmüdafiəçinin də meydana çıxdığı bu görüşdə komandası məğlubiyyətdən son anda xilas olub. Azərbaycanlı futbolçunun yeni komandasındakı debüt matçı bərabərliklə yekunlaşıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında mövsümə bir gün öncə baş tutan iki oyunla start verilmişdi. İlk oyun günündə “Düdelanj” (Lüksemburq) “Sent Patriks” (İrlandiya) üzərində 2:1 hesablı qələbəyə sevinib. “B36 Torshavn” (Farer adaları) – “Payde” (Estoniya) matçında isə qapılara qol vurulmayıb – 0:0.
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab matçları iyulun 18-də və 20-də keçiriləcək.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
13 iyul
“Tobol” (Qazaxıstan) – “Honka” (Finlandiya) 2:1
“Ararat” (Ermənistan) – “Eqnatiya” (Albaniya) 1:1
“İnter” (Andorra) – “Vikinqur” (Farer adaları) 2:1
“Pünik” (Ermənistan) – “Trans” (Estoniya) 2:0
“Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) 0:1
“Jilina” (Slovakiya) – “Levadiya” (Estoniya) 2:1
“Panevejis” (Litva) – “Milsami” (Moldova) 2:2
“Haka” (Finlandiya) – “Kruzeyders” (Şimali İrlandiya) 2:2
“Meqpays” (Cəbəllütariq) – “Dandolk” (İrlandiya) 0:0
“Alaşkert” (Ermənistan) – “Arsenal” (Tivat, Monteneqro) 1:1
“Domjale” (Sloveniya) – “Baltsan” (Malta) 1:4
“Dukagini” (Kosovo) – “Europa” (Cəbəllütariq) 2:1
“Qzira Yunayted” (Malta) – “Qlentoran” (Şimali İrlandiya) 2:2
“Hegelmann” (Litva) – “Şkupi” (Şimali Makedoniya) 0:5
“Riqa” (Latviya) – “Vikinqur” (Reykyavik, İslandiya) 2:0
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Sarayevo” (Bosniya və Herseqovina) 2:2
“Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) 2:1
“Proqres” (Lüksemburq) – “Gilani” (Kosovo) 2:2
“Penibont” (Uels) – “Santa Koloma” (Andorra) 1:1
“HB Torshavn” (Farer adaları) – “Derri Siti” (İrlandiya) 0:0
“Akureyri” (İslandiya) – “Nomads” (Uels) 2:0
“Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) 1:1
“Şkendiya” (Şimali Makedoniya) – “Haverforduest Kaunti” (Uels) 1:0
“Vaduts” (Lixtenşteyn) – Neman (Belarus) 1:2
“Sutyeska” (Monteneqro) – “Kosmos” (San Marino) 1:0
“Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) 2:2
“La Fiorita” (San Marino) – “Zimbru” (Moldova) 1:1
“Linfild” (Şimali İrlandiya) – “Vlajniya” (Albaniya) 3:1
“Maribor” (Sloveniya) – “Birkirkara” (Malta) 1:1


