Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan klublarının bu turnirin 2-ci təsnifat mərhələsindəki rəqibləri də məhz bu gün müəyyənləşib.

Əvvəlcə “Sabah”ın mümkün rəqiblərindən olan Latviyanın RFS komandası Şimali Makedoniya təmsilçisi “Makedoniya”nı qəbul edib. “Makedoniya”nın meydanında baş tutan ilk oyunda qonaqlar qalib gəlmişdilər – 1:0. Cavab görüşündə daha böyük hesabla qələbə qazanan latviyalılar növbəti mərhələyə vəsiqə qazanmaqla “Sabah”a rəqib olublar.

“Neftçi”nin potensial rəqibləri – Belarusun “Dinamo” (Minsk) komandası ilə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu isə UEFA-nın qərarına əsasən, Bakıda “Azərsun Arena”da üz-üzə gəliblər. Bu komandaların ilk matçında qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşü “Jelezniçar”ın qələbislyə bitib – 2:1. Beləcə, Bosniya və Herseqovina təmsilçisi “Neftçi”yə rəqib olub.

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı da Ermənistan “Ararat”ını qəbul edib. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Azərbaycanlı yarımmüdafiəçi həmin matçın 59-cu dəqiqəsində meydana daxil olmuşdu. Budəfəki oyunda isə Vüsal start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Onun komandası isə məhsuldar alınan bu matçda penaltilər seriyasında uduzmaqla mübarizəni dayandırıb.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də baş tutacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları

18 iyul

“Baltsan” (Malta) – “Domjale” (Sloveniya) 1:3 (ilk oyun 4:1)

20 iyul

“Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) 1:2 (1:1)

“Europa” (Cəbəllütariq) – “Dukagini” (Kosovo) 2:3 (1:2)

“Santa Koloma” (Andorra) – “Penibont” (Uels) 2:0 (1:1)

“Trans” (Estoniya) – “Pünik” (Ermənistan) 0:3 (0:2)

“Payde” (Estoniya) – “B36 Torshavn” (Farer adaları) 0:2 (0:0)

RFS (Latviya) – “Makedoniya” (Şimali Makedoniya) 4:1 (1:0)

“Honka” (Finlandiya) – “Tobol” (Qazaxıstan) 0:0 (1:2)

“Milsami” (Moldova) – “Panevejis” (Litva) 0:1 (2:2)

“Levadiya” (Estoniya) – “Jilina” (Slovakiya) 1:2 (1:2)

“Dila” (Gürcüstan) – “Dunayska Streda” (Slovakiya) 2:0 (1:2)

“Dinamo” (Minsk, Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) 1:2 (2:2)

“Dinamo” (Batumi, Gürcüstan) – “Tirana” (Albaniya) 1:2 (1:1)

“Zimbru” (Moldova) – “La Fiorita” (San Marino) 1:0 (1:1)

“Nomads” (Uels) – “Akureyri” (İslandiya) 0:2 (0:2)

“Eqnatiya” (Albaniya) – “Ararat” (Ermənistan) 4:4, pen-2:4 (1:1)

“Gilani” (Kosovo) – “Proqres” (Lüksemburq) 0:2 (2:2)

“Neman” (Belarus) – “Vaduts” (Lixtenşteyn) 1:1 (2:1)

“Vikinqur” (Farer adaları) – “İnter” (Andorra) 1:1 (1:2)

“Arsenal” (Tivat, Monteneqro) – “Alaşkert” (Ermənistan) 1:6 (1:1)

“Qlentoran” (Şimali İrlandiya) – “Qzira Yunayted” (Malta) 1:1, pen-13:14 (2:2)

“Kosmos” (San Marino) – “Sutyeska” (Monteneqro) 1:1 (0:1)

“Derri Siti” (İrlandiya) – “HB Torshavn” (Farer adaları) 1:0 (0:0)

“Dandolk” (İrlandiya) – “Meqpays” (Cəbəllütariq) 3:1 (0:0)

“Haverforduest Kaunti” (Uels) – “Şkendiya” (Şimali Makedoniya 1:0, pen-3:2 (0:1)

“Sent Patriks” (İrlandiya) – “Düdelanj” (Lüksemburq) 2:3 (1:2)

“Vikinqur” (Reykyavik, İslandiya) – “Riqa” (Latviya) 1:0 (0:2)

“Vlajniya” (Albaniya) – “Linfild” (Şimali İrlandiya) 1:0 (1:3)

“Kruzeyders” (Şimali İrlandiya) – “Haka” (Finlandiya) 1:0 (2:2)

“Sarayevo” (Bosniya və Herseqovina) – “Torpedo” (Kutaisi, Gürcüstan) 1:1, pen-2:4 (2:2)

“Şkupi” (Şimali Makedoniya) – “Hegelmann” (Litva) 0:0 (5:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: