Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 45 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə bu gün çıxıblar. “Qəbələ” doğma meydanda baş tutan ilk oyunda 2:3 hesabıyla uduzduğu Kipr “Omoniya”sı ilə bu dəfə səfərdə üz-üzə gəlib və böyük hesabla uduzaraq mübarizəni dayandırıb.
“Neftçi” ilə “Sabah” isə müvafiq olaraq Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Latviya RFS-ini doğma meydanda qəbul ediblər. “Sabah” rəqibinə səfərdə 2:0 hesabıyla qalib gəlmişdisə, “Neftçi” 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Hər iki paytaxt klubu ev oyunundan qalib ayrılmaqla mərhələ adlamağı bacarıb.
Azərbaycanlı hücumçu Musa Qurbanlının komandası – İsveç “Yurqorden”i İsveçrə “Lütsern”i ilə səfər oyununda 1:1 hesablı heç-heçəyə nail olsa da, ilk oyunda uduzduğu üçün mübarizəni dayandırıb. Millimizin forvardı bu görüşün 38-ci dəqiqəsindən etibarən meydanda olub.
Türkiyə təmsilçilərindən “Beşiktaş”la “Adana Dəmirspor” da mərhələ adlamağa nail olublar. Yeri gəlmişkən, “Neftçi” növbəti mərhələdə məhz “Beşiktaş”la üz-üzə gələcək. “Sabah”ı isə Serbiya “Partizan”ı ilə mübarizə gözləyir.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin 8 oyunu əvvəlki günlərdə baş tutmuşdu. Həmin oyunlardan sonra “Valmiera” (Latviya), “Neman” (Belarus), “Fənərbaxça” (Türkiyə), “Svift” (Lüksemburq), “Partizani” (Albaniya), “Struqa” (Şimali Makedoniya), AEK (Larnaka, Kipr) və “Qzira Yunayted” (Malta) komandaları da növbəti mərhələyə yüksəlmişdilər.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
3 avqust
“Tobol” (Qazaxıstan) – “Bazel” (İsveçrə) 1:2 (ilk oyun 3:1)
“Santa Koloma” (Andorra) – “Sutyeska” (Monteneqro) 3:0 (0:2)
“Pünik” (Ermənistan) – “Kalmar” (İsveç) 2:1 (2:1)
“Spartak” (Trnava, Slovakiya) – “Auda” (Latviya) 4:1 (1:1)
“Aktobe” (Qazaxıstan) – “Torpedo” (Kutaisi, Gürcüstan) 1:2 (4:1)
“Dinamo” (Tiflis, Gürcüstan) – “Hamrun Spartans” (Malta) 0:1 (1:2)
“Panevejis” (Litva) – “Hapoel” (Beer-Şeva, İsrail) 1:1 (0:1)
“Kauno” (Litva) – “Lex” (Polşa) 1:2 (1:3)
“KuPS” (Finlandiya) – “Derri Siti” (İrlandiya) 3:3 (1:2)
“Poqon” (Polşa) – “Linfild” (Şimali İrlandiya) 3:2 (5:2)
“Sabah” (Azərbaycan) – RFS (Latviya) 2:1 (2:0)
“Urartu” (Ermənistan) – “Farul” (Rumıniya) 2:3 (2:3)
“Zalaegerseq” (Macarıstan) – “Osiyek” (Xorvatiya) 1:2 (0:1)
“Dila” (Gürcüstan) – “Vorskla” (Ukrayna) 3:1 (1:2)
“Levski” (Bolqarıstan) – “Şkupi” (Şimali Makedoniya) 1:0 (2:0)
“Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) 2:0 (2:2)
“Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) 4:1 (3:2)
“Petrokub” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) 0:2 (0:3)
“Riqa” (Latviya) – “Keçkemet” (Macarıstan) 3:1 (1:2)
“Rusenborq” (Norveç) – “Kruzeyders” (Şimali İrlandiya) 3:2 (2:2)
“Sepsi” (Rumıniya) – ÇSKA (Sofiya, Bolqarıstan) 4:0 (2:0)
“Bohemians” (Çexiya) – “Bodo Qlimt” (Norveç) 2:4 (0:3)
“Beytar” (İsrail) – PAOK (Yunanıstan) 1:4 (0:0)
“Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) 2:1 (0:2)
“Orhus” (Danimarka) – “Brügge” (Belçika) 1:0 (0:3)
“Adana Dəmirspor” (Türkiyə) – ÇFR (Rumıniya) 2:1 (1:1)
“Drita” (Kosovo) – “Viktoriya” (Plzen, Çexiya) 1:2 (0:0)
“Hammarbü” (İsveç) – “Tvente” (Niderland) 1:1 (0:1)
“Tirana” (Albaniya) – “Beşiktaş” (Türkiyə) 0:2 (1:3)
“Voyvodina” (Serbiya) – APOEL (Nikosiya, Kipr) 1:2 (1:2)
“Jilina” (Slovakiya) – “Gent” (Belçika) 2:5 (1:5)
“Aris” (Saloniki, Yunanıstan) – “Ararat” (Ermənistan) 1:0 (1:1)
“Hibernian” (Şotlandiya) – “İnter” (Andorra) 6:1 (1:2)
“Riyeka” (Xorvatiya) – “Dukagini” (Kosovo) 6:1 (1:0)
“Borats” (Bosniya və Herseqovina) – “Austriya” (Avstriya) 1:2 (0:1)
“Styaua” (Rumıniya) – ÇSKA 1948 (Bolqarıstan) 3:2 (1:0)
“Larne” (Şimali İrlandiya) – “Ballkani” (Kosovo) 1:4 (0:3)
“Maribor” (Sloveniya) – “Differdanj” (Lüksemburq) 4:3 (1:1)
“Dandolk” (İrlandiya) – “Akureyri” (İslandiya) 2:2 (1:3)
“Haverforduest Kaunti” (Uels) – “B36 Torshavn” (Farer adaları) 1:1 (1:2)
“Lütsern” (İsveçrə) – “Yurqorden” (İsveç) 1:1 (2:1)
“Debretsen” (Macarıstan) – “Alaşkert” (Ermənistan) 1:2, penaltilər 3:1 (1:0)
“Legiya” (Polşa) – “Ordabası” (Qazaxıstan) 3:2 (2:2)
“Şemrok Rovers” (İrlandiya) – “Ferentsvaroş” (Macarıstan) 0:2 (0:4)
“Vitoriya” (Portuqaliya) – “Çelye” (Sloveniya) 0:1, penaltilər 2:4 (4:3)


